Home Manşet MN: Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə əlaqəsi yoxdur

MN: Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə əlaqəsi yoxdur

193
0
SHARE

Döyüş əməliyyatları zamanı Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Müdafiə Nazirliyindən (MN) Trend-ə bildiriblər ki, Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.