Home Manşet Prezident İlham Əliyev: Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində...

Prezident İlham Əliyev: Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox

192
0
SHARE

Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Sky News” televiziya kanalına müsahibəsində danışıb.

Dövlət başçısı bildirib:

“Biz artıq bunu etdik. Yeri gəlmişkən, kimin danışıqların əleyhinə olması ilə bağlı sizə bir söz də deyə bilərəm. Hələ bu müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə dəvət olunmuşdular. Ermənistanın xarici işlər nazirinin oktyabrın əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim xarici işlər nazirinin oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi. Beləliklə, Ermənistanın xarici işlər naziri buna məhəl qoymadı, getmədi. Bizim xarici işlər naziri dünən Cenevrədə həmsədrlərlə görüş keçirdi. Biz Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün Rusiyada təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılaşdıq. Beləliklə, bizim xarici işlər naziri bir saat əvvəl Moskvaya çatıb. O, rusiyalı həmkarı ilə görüşəcək, mən proqramın necə olacağını, onun Ermənistanın naziri ilə görüşüb-görüşməyəcəyini bilmirəm, lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır”.