Home Manşet Xarici İşlər naziri: Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu

Xarici İşlər naziri: Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu

317
0
SHARE

Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu.

Trend xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Moskvada qəbul olunmuş bəyanatda Azərbaycanın üstünlüyü aydın görünür: “Həmin bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu”.