Moskvada Bakı ilə Yerevan arasında əldə olunmuş razılığa baxmayaraq, Ermənistan atəşkəsə riayət etmir və Azərbaycan ərazilərini atəşə tutur.
Trend-in məlumatına görə, bunu Türkiyənin müxalifət partiyası olan “İYİ Parti”nin rəhbəri Meral Akşener deyib.
M.Akşenerin sözlərinə görə, Türkiyə mütləq Dağlıq Qarabağla bağlı sülh danışıqlarında iştirak etməlidir.
O qeyd edib ki, Türkiyə və Azərbaycan strateji tərəfdaş olduqları üçün Türkiyə hökumətinin Azərbaycanı dəstəkləməsi çox yüksək qiymətləndirilir.