Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!