Home Manşet Anar Məmmədov: Gəncə hadisələrinə niyə göz yumulur?

Anar Məmmədov: Gəncə hadisələrinə niyə göz yumulur?

372
0
SHARE

Beynəlxalq təşkilatlar terrorçuya dur deməlidir. Azərbaycanın son 30 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq
hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, demokratiya çətiri altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ
münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər.  Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir. Bununla da Ermənistan hökuməti tərəfindən terrorizmin dövlət səviyyəsinə qaldırılması inkarolunmaz bir fakta çevrilir. Ermənistanın dinc sakinləri – uşaqlar, qadınlar və ahılları qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil. Ermənilər yenə də öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozurlar. Humanitar atəşkəsin əldə olunmasından sonra işğalçı tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması, çoxmənzilli yaşayış binasını atəş açılması və mülki əhalinin hədəf alınması mənfur düşmənin təcavüzkar siyasətindən əl çəkmədiyinin bariz
göstəricisidir. Erməni tərəfi bununla da öz vandalizmini davam etdirərək atəşkəsə əməl etmək və danışıqlar prosesində iştirak etmək iqtidarında olmadığını göstərmiş oldu. Bu gün Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə
açıq-aşkar göz yumulur. Bu bir yana, demokratiya  carçıları, Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin  bu barbarlığına, vandalizminə, soyqırım aktına, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar. Belə olan təqdirdə isə beynəlxalq hüququn, dünya ictimaiyyətinin susqunluğu fonunda Azərbaycan Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var. Təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur.