BBC telekanalının müxbiri Göktay Koraltan Ermənistan atəş açdığı dinc sakinlərlə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, jurnalist bildirib ki, Tərtərin atəşə tutulmasına baxmayaraq, sakinlərin öz torpaqlarından çıxmaq istəmədiyini deyirlər:
“Biz cəbhəyanı ərazi olan Tərtərdə atəşkəsdən əvvəl 62 yaşlı Aybəniz Cəfərovanı və onun altı aylıq nəvəsi Farizi gördük. Atəşə tutulmalarına baxmayaraq, o, getməkdən imtina edib. “Dağlıq Qarabağda qələbəni gözləyirik” – deyə paylaşımda qeyd olunub.