Home Cəmiyyət Qaradağ rayonunda keçirilən reydlər zamanı əhaliyə tibbi maskalar paylanılır (FOTO)

Qaradağ rayonunda keçirilən reydlər zamanı əhaliyə tibbi maskalar paylanılır (FOTO)

194
0
SHARE

Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar gündəlik olaraq rayonun müxtəlif ərazilərində reydlər keçirirlər.

Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, rayonun bütün qəsəbələrində mobil qrup üzvləri küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanırlar.

13-14 oktyabr 2020-ci il tarixlərində mobil qrupların üzvləri rayonunun Lökbatan, Sahil, Puta, Korgöz, Qızıldaş, Ümid, Sanqaçal, Çeyildağ, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində tibbi maskasız olan əhaliyə tibbi maskalar paylanılmışdır.

Əhali ilə aparılan söhbətlər zamanı onlar ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edilib.

Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıblar.

Bundan əlavə bütün qəsəbələrdə əhali sakinləri birmənalı şəkildə ölkə başçısının bütün göstərişlərinə əməl edəcəklərinə bildidərək, Dövlət Başçısının Qarabağ bölgəsində aparılan əməliyyatlardan məmnun qaldıqlarını, Ali Baş Komandanın əmrində olduğunu xüsusi vurğulayıblar.

Rayon əhalisi torpaqlarımızın geri alınması ilə əlaqədar xəbərlərdən sevindiyini və yeni-yeni şad xəbər gözlədiklərini bildirdilər.