Qırğızıstan parlamenti ölkənin yeni baş naziri qismində Sadır Japarovu təsdiq edib.
Trend-in məlumatına görə, yeni nazir parlamentin yekdil qərarı ilə seçilib.
Bundan başqa, Qırğızıstanın yeni hökumətinin tərkibi, strukturu və proqramı təsdiq olunub.
Qeyd edək ki, ölkədə oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra baş vermiş etirazlar nəticəsində baş nazir Kubatbek Boronov istefa vermişdi.