Home Manşet Beynəlxalq platformada Gəncə terror aktı haqqında məqalə dərc olundu

Beynəlxalq platformada Gəncə terror aktı haqqında məqalə dərc olundu

430
0
SHARE

“Modern diplomacy” platformasında politoloq Şəbnəm Həsənovanın “Atəşkəs elan edildikdən sonra da Ermənistan atəşkəs rejimini pozmaqda davam edir” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı törədilənnövbəti təxribatdan və Azərbaycan ərazilərinin və mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalmasından bəhs olunur. Oktyabrın 4-də Azərbaycanınikinci böyük şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərar və qətnamələrini
yenidən açıq şəkildə pozmasından bəhs olunur. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündən və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyinin diqqətə çatdırılmasından və ardınca Rusiya tərəfinin
təşəbbüsü ilə Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan ilə görüşmək üçün 9 oktyabrda Moskvaya işgüzar səfər etməsindən və Rusiya tərəfinin təşəbbüsü əsasında oktyabrın 9-da Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı və Azərbaycan və Ermənistan arasında humanitar məqsədlər üçün atəşkəs barədə
razılığa gəlməsindən bəhs olunur. Eyni zamanda məqalədə o da vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Azərbaycanın hər bir halda ərazi bütövlüyünü
bərpa edəcəyini və Ermənistanın bu tarixi fürsəti qaçırmamalı olduğunu, bu səbəbdən də Ermənistana Azərbaycanın tarixi torpaqlarını tərk etmək üçün son şansı verdiyini söylədi.
Məqalədə vurğulanır ki, atəşkəsdən dərhal sonra, 10 oktyabrda Ermənistan silahlı qüvvələri Azərbaycanın yeni azad edilmiş Hadrut kəndini Xocalı istiqamətindən intensiv raket atəşinə məruz qoydular. Üstəlik, Ermənistan silahlı qüvvələri oktyabrın 10-da saat 00:00-da (GMT + 4) elan edilmiş atəşkəsi kobud şəkildə pozaraq Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli bölgələrindəki yaşayış yerlərini intensiv şəkildə atəşə tutdular. 11 oktyabrda gecə yarısı Gəncə bir daha atəşə tutuldu və bu dəfə Ermənistan hücumda böyük dağıdıcı gücə sahib olan
'Tochka-U' raket sistemindən istifadə etdi. Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin mərkəzi hissəsindəki yaşayış binalarına atılan raketlər nəticəsində 4-ü qadın olmaqla 10 mülki şəxsin öldüyünü və 6-sı uşaq olmaqla 35 mülki
şəxsin yaralandığını bildirdi. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə terror aktı Xocalı faciəsindən sonra şahidi olduğumuz Azərbaycan xalqına qarşı törədilmiş yeni bir soyqırım aktıdır. Eyni zamanda, Ermənistan Smerch-dən istifadə edərək sənaye şəhəri Mingəçeviri də atəşə tutduğu məqalədə diqqətə çatdırılır.
12 oktyabrda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər dövlət rəsmiləri, Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlik rəhbərləri Ermənistanın günahsız mülki əhaliyə qarşı həyata keçirdiyi raket hücumları və enerji infrastrukturu ilə tanış olmaq üçün Gəncə və Mingəçevirdə olmuşlar. Səfər zamanı Hikmət Hacıyev bildirib ki, atəşkəs elan edildikdən sonra da Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev öz Twitter səhifəsində “Ermənistanın hərbi-siyasi
rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır və Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcəkdir” mesajını verdi. Bütün bu güclü faktlar və Ermənistanın Gəncəyə son raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlara hörmətsizliyin və erməni faşizminin bariz təzahürüdür və Ermənistanın bu şərəfsiz əməlləri heç vaxt Azərbaycan xalqının iradəsini poza bilməz. Məsələnin digər tərəfi də informasiya müharibəsidir. Belə ki, Azərbaycan humanitar atəşkəsə və beynəlxalq hüquqa ciddi şəkildə riayət etdiyi halda, erməni xəbər maşınları dünya ictimaiyyətini aldatmaq üçün müxtəlif, əsassız saxta xəbərlər hazırlamaqdan əl çəkmədiyi məsələləri də məqalədə qeyd olunur. Ermənistanın mülki əhaliyə qarşı vandalizm törətməsinə baxmayaraq, Azərbaycan humanitar atəşkəsin tələblərinə riayət edərək məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə sadiq olduğunu bir daha nümayiş etdirdi və Azərbaycan silahlı qüvvələri heç vaxt mülki
yaşayış məntəqələrini atəşə tutmadı. Lakin Ermənistan bu əməllərinə son verməsə Azərbaycan beynəlxalq hüquq çərçivəsində cavab addımları atacaq. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 27 sentyabr – 11 oktyabr tarixləri arasında ümumilikdə 41 dinc sakin həlak olub, 205 dinc sakin yaralanıb, 1165 yaşayış evi və 57 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşmüş və 146 mülki obyekt isə yarasız vəziyyətə düşmüşdür. Azərbaycan dünya birliyini, ayrı-ayrı dövlətləri Ermənistanın dövlət səviyyəsində terror
siyasətini pisləməyə çağırır. Beynəlxalq təşkilatlar da hərbi cinayətlər törədən və mülki insanları hədəf alan Ermənistana siyasi təzyiq göstərməlidir deyə məqalədə qeyd olunur.