Home Dünya xəbərləri ABŞ-da işsizlik rekord həddə çatdı

ABŞ-da işsizlik rekord həddə çatdı

331
0
SHARE

ABŞ-dakı işsizlik göstəriciləri avqust ayından ən yüksək həddi keçdi.

Trend-in Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Bloomberg” məıumat yayıb.

4-10 oktyabr tarixlərində işsizlik müavinəti üçün ilk müraciətlərin sayı 898 min təşkil edib ki, bu da bir həftə əvvələ nisbətən 53 min çoxdur. Eyni zamanda, daim ödəniş üçün müraciət edən amerikalıların sayı, əksinə, 1,1 milyon azalaraq həftədə 10 milyon təşkil edib.

İqtisadçılar son baş verənlərin ölkədəki ümumi vəziyyəti əks etdirdiyini təxmin edirlər: getdikcə daha çox sakin standart federal müavinətlərdən koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə aparmaq üçün hazırlanmış xüsusi yardım proqramına keçir. Proqram 13 həftə ərzində ödənilən müavinətlərdən ibarətdir. İştirakçıların sayında kəskin artım isə sentyabr ayının sonunda qeydə alınıb – 818 mindən 2.7 milyona qədər.

Mütəxəssislər əmək bazarının bərpa olunma vaxtı ilə bağlı proqnoz vermək üçün hələ tez olduğunu bildirirlər. Göstəricilər normal dövrlərdə də dalğalanmalara çox məruz qalır və qlobal böhran şəraitində dəyişkənlik yalnız artıb. Təxmin edilir ki, yaxın gələcəkdə aviaşirkətlərdə və qida müəssisələrində kəskin ixtisarlara görə işsizlik səviyyəsi arta bilər.