Home Dünya xəbərləri Bayden sentyabrda seçkiqabağı təşviqat kampaniyası üçün 383 milyon dollar topladığını açıqlayıb

Bayden sentyabrda seçkiqabağı təşviqat kampaniyası üçün 383 milyon dollar topladığını açıqlayıb

403
0
SHARE

Demokratlardan ABŞ prezidentliyinə namizəd Cozef Bayden sentyabr ayında seçkiqabağı təşviqat kampaniyası üçün 383 milyon dollar ianə toplayıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə C.Bayden öz “Twitter” səhifəsində yazıb.

ABŞ prezidentliyinə namizəd bildirib: “Sizin dəstəyiniz sayəsində biz inanılmaz məbləğ – 383 milyon dollar topladıq”. C.Bayden hələ görüləsi çox iş olduğunu əlavə edib.

Qeyd edək ki, avqust ayında C.Bayden seçkiqabağı təşviqat kampaniyası üçün 365 milyon dollar ianə toplamışdı.