Home Dünya xəbərləri Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib

Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib

588
0
SHARE

Sasseks hersoginyası Meqan Markl sosial şəbəkələri tənqid edib və sosial şəbəkələrdə çox vaxt keçirən insanları narkotik aludəçiləri ilə müqayisə edib.

Trend-in “Daily Mail”ə istinadən verdiyi məlumata görə, bunu M.Markl gələcək nəslin ən nüfuzlu qadınlarının virtual sammitində deyib.

Onun sözlərinə görə, insanların çoxu sosial şəbəkələrin onlara verdiyi zərəri dərk etmir. O, uzun müddət sosial şəbəkələrdən istifadə etmədiyini və şəxsi hesablarını sildiyini diqqətə çatdırıb:

“Artıq öz hesabımın olmayacağına qərar verdim, sosial şəbəkələrdə nə baş verdiyini bilmirəm və mənə elə gəlir ki, bu yanaşma həyatda mənə çox kömək edir”.