Home Manşet Prezident İlham Əliyev: Biz zəfər marşındayıq və belə olan halda baza prinsiplərinə...

Prezident İlham Əliyev: Biz zəfər marşındayıq və belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə tələb edir

334
0
SHARE

Biz Madrid prinsipləri adlandırılan təməl prinsiplərə sadiqik. Çünki bu prinsiplər bizim maraqlarımıza cavab verir. Onsuz da Ermənistan bu prinsipləri qəbul etmədiyi barədə artıq açıqlama verib. Mənə verilən məlumata görə, Ermənistanın baş naziri dünən, ya ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu, onlar üçün keçərli deyil. Yəni, Ermənistan danışıqlar prosesini pozur.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində səsləndirib.

“Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalara sancırıq, biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərinə sadiqik. Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçkünləri Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar, – çünki Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idi, – Xankəndiyə qayıtmalıdırlar və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhali bir yerdə yaşadıqları kimi orada da bir yerdə yaşayacaqlar. Bizim mövqeyimiz budur, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev sözünə davam edərək deyib: “Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, – necə ki, bunu etdilər, – sonra azərbaycanlılara imkan verməmək ki, qayıtsınlar, – orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə yeksan etmək, azərbaycanlıların mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax onların yanaşması budur, bizim yanaşmamız isə budur”.