Home Dünya xəbərləri Qırğızıstanda prezident və parlament seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstanda prezident və parlament seçkilərinin vaxtı açıqlanıb

550
0
SHARE

Qırğızıstanda yeni prezident və parlament seçkilərinin vaxtı açıqlanıb.

Trend-in məlumatına görə, prezident seçkiləri 2021-ci il yanvarın 17-ə təyin olunub. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar verib.

Parlament seçkiləri isə bu il dekabrın 20-ə təyin olunub.

Qeyd edək ki, ötən gün ölkə prezidenti Sooronbay Jeenbekov istefa vermişdi. Növbəti seçkilərədək prezident vəzifələrini yeni baş nazir Sadır Japarov icra edəcək.