Home Manşet Azərbaycan Prezidenti son günlər ərzində məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası...

Azərbaycan Prezidenti son günlər ərzində məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə məlumatları açıqlayıb

286
0
SHARE

Prezident İlham Əliyev xalqa müraciətində son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə bəzi məlumatları açıqlayıb.

Trend xəbər verir ki, dövlətimizin başçısı aşağıdakı rəqəmləri diqqətə çatdırıb: 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, 49 ədəd piyadaların döyüş maşını məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu – 16 ədəd, müxtəlifçaplı toplar – 190 ədəd, “Uraqan” sistemi – 2 ədəd, TOS odsaçan -1 ədəd, əməliyyat taktiki raket kompleksi “Elbrus” – 2 ədəd, “Toçka-U” -1 ədəd, OSA zenit raket kompleksi – 35 ədəd, TOR zenit-raket kompleksi 3 ədəd, KUB və “Kruq” zenit raket kompleksi – 5 ədəd, radioelektron mübarizə sistemləri 9 ədəd, S-300 zenit raket kompleksi – 2 ədəd. Yük avtomobilləri – 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.

Sual olunur, kim onları silahlandırır? “Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatda götürə bilər. Bu suallara biz cavab tapmalıyıq və tapacağıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb