Ermənistanda koronavirusa yoluxanların sayı 63 000 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 540 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 11 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 067 nəfər koronavirusdan ölüb, 13 694 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.