Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinə qarşı qorxaqcasına və xaincəsinə raket hücumları edilməsi, o cümlədən Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.