Home Manşet Hulusi Akar: Mülki şəxslərə qarşı balistik raketlərlə edilən hücumların əmrini verənlər bunun...

Hulusi Akar: Mülki şəxslərə qarşı balistik raketlərlə edilən hücumların əmrini verənlər bunun hesabını verəcək

259
0
SHARE

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azerbaycan Müdafiə naziri Zakir Hasanovla telefonla danışıb.

Trend-in məlumatına görə, telefon danışığında Hulusi Akar Ermənistanın Gəncə şəhərinə mülki şəxslərin həyatını itirməsi ilə nəticələnən hücumunu qınayıb.

Nazir bildirib: “Mülki şəxslərə yönəlik balistik raketlərlə edilən hücumların əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşətə səssiz qalanları da tarix əsla bağışlamayacaq”.