Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azerbaycan Müdafiə naziri Zakir Hasanovla telefonla danışıb.
Trend-in məlumatına görə, telefon danışığında Hulusi Akar Ermənistanın Gəncə şəhərinə mülki şəxslərin həyatını itirməsi ilə nəticələnən hücumunu qınayıb.
Nazir bildirib: “Mülki şəxslərə yönəlik balistik raketlərlə edilən hücumların əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşətə səssiz qalanları da tarix əsla bağışlamayacaq”.