Home Manşet “Bizə hansı erməni bir güllə atıbsa, mütləq cəzası veriləcək”

“Bizə hansı erməni bir güllə atıbsa, mütləq cəzası veriləcək”

337
0
SHARE
“Hər kəs əmin olsun ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarının layiqli cavabını verəcək. Ən gözəl cavab torpaqlarımızın son qarışına qədər işğaldan azad edilməsi olacaqdır”
Bunu tan.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, oktyabrın 16-dan 17-nə keçən gecə işğalçı Ermənistan ordusunun Gəncəni yenidən raket hücumuna tutması erməni terrorunun növbəti bariz nümunəsidir:

“Bu, barbarlıq, beynəlxalq hüququn ayaqlar altına atılması və müharibə qanunlarının pozulmasıdır. Bir sözlə, Gəncəyə hücum, əsl terror aktıdır. Şübhəsiz ki, bu qərarı verən Ermənistanın hərbi-siyasi rəhbərliyi və şəxsən işğalçı dövlətin baş naziri Nikol Paşinyandır. Buna görə də o, mütləq hərbi tribunal qarşısında cavab verməli, törətdiyi əməllərə görə öz cəzasını almalıdır.

Azərbaycan hazırda bu məsələlərlə bağlı diplomatik, siyasi və bütün digər istiqamətlər üzrə fəal iş aparmaqdadır. Əgər beynəlxalq təşkilatlar bu cinayəti lazımınca qiymətləndirməsələr və Ermənistana müvafiq cəza tədbirləri tətbiq etmək istəməsələr, bunu Azərbaycan edəcək. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 illik tarixində gördük ki, beynəlxalq təşkilatlar, müvafiq qurumlar işğalçı ölkəni qınamır və cəzalandırmır”.

Hikmət Babaoğlu onu da qeyd edib ki, cəzasızlıq sindromunun nəticəsidir ki, bu gün işğal olunmuş ərazilərimizdə 30 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı edilən bütün cinayətlərin cəzasını Azərbaycan Ordusu verir, bundan sonra da verəcək: “Hər kəs əmin olsun ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarının layiqli cavabını verəcək. Ən gözəl cavab torpaqlarımızın son qarışına qədər işğaldan azad edilməsi olacaqdır. Bizə qarşı hansı erməni bir güllə atıbsa, bu mərhələdə də, bundan sonrakı dönəmdə də, dinc dövrdə də mütləq cəzası veriləcək. Ya hüquq, ya da Azərbaycan əsgəri tərəfindən cəzalandırılacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Hikmət Babaoğlunun sözlərinə görə, son hadisələr Ermənistanın vandalizminin, terrorizminin daha bir göstəricisi oldu. Həm hərbi xunta, həm də Paşinyan rejimi bu addımı ilə özünün siyasi intiharına imza atmış oldu: “Əgər bu intihar olmayacaqsa, Azərbaycan Ordusu bu qərarı qəbul edən Ermənistanın hərbi-siyasi rəhbərliyini, Paşinyanı, Tonoyanı mütləq cəzalandıracaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq”, – deyə Hikmət Babaoğlu əminliyini ifadə edib.