Home Dünya xəbərləri Boliviyada prezident seçkiləri keçiriləcək

Boliviyada prezident seçkiləri keçiriləcək

340
0
SHARE

Bu gün Boliviyada prezident və parlament seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, Boliviya vətəndaşları dövlət başçısından əlavə 130 deputat və Çoxmillətli Qanunverici Məclisə 36 senator seçəcəklər.

Boliviyada prezident seçkilərinin keçirilməsi barədə qərar ötən ilin 20 oktyabr tarixində keçirilən seçkilərin nəticələrinin ləğv olunmasından sonra qəbul edilib. Həmin seçkilərdə Boliviya Ali Seçki Məhkəməsi sabiq prezident Evo Moralesi qalib elan etmişdi. Lakin onun əsas rəqibi Karlos Mesa seçkilərin nəticələrini qəbul etməkdən imtina etmişdi, bu isə ölkədə etiraz aksiyalarına səbəb olmuşdu.

Etiraz aksiyaları 3 həftə davam etdikdən sonra Evo Morales istefataya gedərək Boliviyanı tərk etmişdi. Ölkə prezidenti vəzifəsini müvəqqəti olaraq parlamentin yuxarı palatasının ikinci vitse-spikeri Janin Anyes icra edirdi.

Boliviya Ali Seçki Məhkəməsinin yeni tərkibi prezident və parlament seçkilərinin nəticələrini ləğv edərək, yeni seçkiləri mayın 3-nə təyin etmişdi. Daha sonra pandemiya səbəbindən seçkilər oktyabrın 18-ə təyin edildi.