ABŞ-ın Harrisonberq şəhərində (Virciniya ştatı) yerləşən ticarət mərkəzlərindən birində partlayış baş verib.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.
Virciniyanın qubernatoru Ralf Nortem öz “Twitter” səhifəsində hadisəni “qaz partlayışı” adlandırıb: “Komandam və mən bu səhər Harrisonberqdəki qaz partlayışından sonra vəziyyəti yaxından izləyirik”.
Qeyd edilir ki, hazırda partlayışın səbəbi polislər tərəfindən araşdırılır.