Home Manşet Ermənistanın bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb

Ermənistanın bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb

344
0
SHARE

“Bundestaqda təmsil olunan, nasist və əsas ideyaları Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarət olan, eyni zamanda ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə islam dərslərinin alman dilində tədrisini tələb edən “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü-Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O, söyləyib ki, birincisi, bu insanlar onsuz da öz ölkələrində irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edirlər: “İkincisi isə, hətta onlar o qədər radikal mövqe tuturlar ki, partiyanın həmsədrlərindən biri ALeksandr Qauland öz niqtlərindən birində alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri “qəhrəmanlıqları” qiymətləndirməyə və onlarla “fəxr etməyə” çağırmışdı. Nəinki öz ölkələrində mənfi imicə sahibə olan, eyni zamanda demokratik cəmiyyətlərdə də arzuolunmaz şəxslər hesab edilən bu insanların Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfəri heç bir məna kəsb etmir. Odur ki, Yerevanın mərkəzində faşist cəlladı Qareqin Njdeyə heykəl qoyan Ermənistanın faşizmə rəğbət bəsləyən “Almaniya üçün alternativ” partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür”.

Politoloq qeyd edib ki, alman nasistlərinin Dağlıq Qarabağa səfəri bir daha sübut edir ki, uğursuzluğa düçar olan Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş rejimin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb: “Suriya və Livandan kürd terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirən Ermənistan, Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir. Ancaq atalar demiş “özgə atına minən tez düşər”. Bu gün cəhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq üçün etdikləri bütün cəhdlər də nəticəsiz qalır. Belə ki, Paşinyan və komandası nə qədər Sorosla bağlı olsalar da Avropadan istədikləri dəstəyi ala bilmirlər. Bunun isə bir səbəbi var. Azərbaycan dövləti müharibə cəbhəsində olduğu kimi cənab Preziden İlham Əliyevin rəhbərliyi altında diplomatik cəbhədə çox uğurlu siyasət aparır”.

Ş.Həsənova vurğulayıb ki, bundan əlavə, mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Gəncə şəhərinə zərbələrə toxunan Aİ öz bəyanatında bildirir ki, “hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır”. “Göründüyü kimi Gəncə terroru ilə bağlı Avropa İttifaqının bu bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidinin doğrultmadığını bir daha sübut edir. Ermənistan tərəfi isə arzu etdiyi nəticəni əldə edə bilmədikdə hər zaman olduğu kimi isterikaya əl atır və Aİ-nin bu bəyanatını isterika ilə qarşılaması da bu dövlətin əsil simasını bütün çılpaqlığı ilə gün işığına çıxardır”.