Home Manşet Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib – Arzu Nağıyev

Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib – Arzu Nağıyev

658
0
SHARE

Sentyabrın 27-dən başlayan döyüşlər zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistana məxsus hərbi texnikanın sayına baxanda bir daha aydın olur ki, vaxtilə beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş monitorinqlərdə göstərilən rəqəmlər heç də həqiqətə uyğun gəlmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat təəssüflə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda digər beynəlxalq qurumlar Azərbaycanda və Ermənistanda keçirilən monitorinqlər zamanı Ermənistanda bu qədər silah artımının olmasını nəzərə almayıblar:

“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təkcə vurulan tanklar, eyni zamanda hərbi qənimət kimi götürülən tanklar bir daha göstərir ki, bu, həddən artıq çox silahlanmadır. Yəni ancaq bizim vurduğumuz tanklarla hesab etmək olardı ki, Ermənistanın tankları artıq qurtarıb. Ancaq onların yenə də tankları var.

Ermənistanın bu qədər silah sursatı məhv edilir, bunu necə alıblar və niyə nəzarət olunmayıb? Beynəlxalq konvensiyalara əsasən hərbi texnika sayında müəyyən limit var – niyə beynəlxalq strukturlar buna nəzarət etməyib, təftiş olunmayıb? Azərbaycan döyüşlərdən sonra bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Onda bir daha aydın olacaq ki, Ermənistan hamını aldadıb. Bu, eyni zamanda bir daha göstərir ki, işğal olunmuş ərazilər nəzarətdən kənar zona olub. Tək Ermənistan yox, bu məsələyə nəzarət etməyən beynəlxalq qurumlar da məsuliyyət daşıyır. Çünki vaxtında monitorinq aparan təşkilatlar buna nəzarət etsəydi, belə vəziyyət olmazdı.

Deməli, Ermənistan qaçaq yolla silah və texnika gətirir, silahlarının sayını gizlədir, lakin bütün bunlara baxmayaraq, Ermənistanın bütün silahları Azərbaycanın müasir hərbi texnikası qarşısında çox acizdir. Bu isə Ermənistanın tam məğlubiyyətinə gətirib çıxaracaq”.