Home Manşet Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq...

Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur

200
0
SHARE

Müharibə yalnız səngərlərdə getmir, eyni zamanda Azərbaycan informasiya məkanında da müharibə aparır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, informasiya müharibəsində Azərbaycan KİV-ləri xüsusi parlaq iş aparır. Həm ölkə daxilində, həm də ölkə xaricinə ötürülən obyektiv, dəqiq məlumatlar bunun göstəricisidir. Xüsusən xarici KİV-lərlə yaradılan tele körpülər mühüm əhəmiyyət daşıyan amillərdəndir:

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə verdiyi müsahibəsində də bu məsələni qeyd etmişdir. Bugün məhz Azərbaycan KİV-lərinin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur.

Mehriban xanım qeyd etdiyi kimi bu gün Azərbaycan xalqı da ermənilərin yaydıqları fake xəbərlərə, informasiyalara tutarlı, işfa edici cavablar vermişdir və bu proses davam edir”.

Arzu Nağıyev qeyd edib ki, ermənilər dövlət səviyysəsində həm sosial mediada, həm KİV-lərdə saxta məlumatlar, informasiyalar paylaşaraq öz təxribatlarını davam etdirir:

“Bunların qarşısının alınmasında Azərbaycan KİV-lərinin, eyni zamanda siyasi xadimlərin, millət vəkillərinin, bizim jurnalistlərin, müxbirlərimizin, KİV-lərdə çalışan bütün şəxslərin çox ciddi zəhməti var.

Mehriban xanımın da bunu xüsusi qeyd etməsi onu göstərir ki, Azərbaycan dövləti rəhbərlik səviyyəsində bu məsələdə medianın yanındadır və onlara dəstək verməkdə davam edir”.