İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “lideri” Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.
Separatçı “lider” məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb:
“Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.