Home Dünya xəbərləri İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

303
0
SHARE

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raketlərin atılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi mövqelərinə endirilib.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Raketlərdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər raket isə yaşayış olmayan əraziyə düşüb.