ABŞ prezidenti Donald Tramp ABŞ-da keçiriləcək ümumi seçkilərdə erkən səs verməyi planlaşdırır.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibinin müavini Cadd Dir deyib.
C.Dir bildirib: “Prezident D.Tramp şənbə günü Palm Biçdə erkən səs verməyi planlaşdırır”.
Qeyd edək ki, daha əvvəl Donald Tramp daimi yaşayış yerini Nyu-Yorkdan Palm-Biç şəhərinə dəyişib.