Home Dünya xəbərləri Danimarka saat 22:00-dan sonra alkoqol satışını qadağan etdi

Danimarka saat 22:00-dan sonra alkoqol satışını qadağan etdi

344
0
SHARE

Danimarka hakimiyyəti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün qrup şəklində toplanma məhdudiyyətini 50 nəfərdən 10 nəfərədək düşürdərək sərtləşdirməyə və 22:00-dan sonra alkoqol satışını qadağan etməyə qərar verdi.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarından da bütün qapalı ictimai yerlərdə maskalar taxmaq tələb olunur.

Toplanma sayının məhdudlaşdırılması ən azı dörd həftə davam edəcək, saat 22:00-dan sonra spirtli içkilərin satışının qadağan olunması və qapalı ictimai yerlərdə maska ​​taxma tələbi isə 2 yanvar tarixinədək davam edəcəkdir.

Danimarka Səhiyyə Naziri Maqnus Hoynike brifinqdə ölkədəki gündəlik təsdiqlənmiş 859 koronavirus infeksiyası hadisəsini qeyd edərək deyib: “Xəstəxanaya yerləşdirmə sayında ani artım üçün hazır olmalıyıq”.

Nazir Danimarkanın 5.8 milyon əhalisi üçün kifayət qədər COVID-19 aşısının aldığını da vurğuladı. Bildirilir ki, hökumət səlahiyyətliləri peyvənd hazırlayan “Johnson & Johnson” ilə Danimarka arasında müqavilə imzalayıblar.

Ümumilikdə ölkənin 38.6 min sakini koronavirusa yoluxub, yoluxmanın nəticəsindən əmələ gələn xəstəliklərdən 697 nəfər ölüb, 31,2 min nəfər tam sağalıb.