Home Dünya xəbərləri Yaponiyada təxirə salınan olimpiadaya alınan biletlər geri ödəniləcək

Yaponiyada təxirə salınan olimpiadaya alınan biletlər geri ödəniləcək

690
0
SHARE

Tokio Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi, keçirilməsi 2021-ci ilə qədər təxirə salınmış yarışlar üçün alınan biletlərin dəyərinin geri qaytarılması prosesinə noyabr ayında başlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə “NHK” telekanalı məlumat verib.

Olimpiya oyunları üçün biletlərin geri ödəmələri noyabrın 10-da başlayacaq, Paralimpiyaya aid bilet prosesi isə dekabra planlaşdırılır.

Bildirilir ki, Tokio Olimpiya oyunlarına 4,4 milyon, Paralimpiya oyunlarına isə 97 min bilet satılıb. Eyni zamanda biletlərin etibarlılığı 2021-ə qədər uzadılıb.

Sözügedən yarışlar 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən oyunlar bir il təxirə salındı ​​və 23 iyul – 8 avqust 2021-ci il tarixlərində keçiriləcək.