Home Siyasət Anar Məmmədov: Qarabağa böyük qayıdışı başladan Vətən müharibəsi

Anar Məmmədov: Qarabağa böyük qayıdışı başladan Vətən müharibəsi

389
0
SHARE

Bu gün 27 sentyabr tarixindən etibarən başlayan II Qarabağ müharibəsinin 1 ayı tamam olur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əzmi ilə Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır, sülh yolu ilə getmək istəməyən erməni terrorçuları indi məhv olaraq tarixi Azərbaycan torpaqlarından təmizlənir.

27 ildir ki, düşmən tapdağı altında, işğalda qalanərazilərimiz bir-birinin ardınca azad edilir. 1 ay ərzində 165 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəklik əldə edilmiş, düşmənin 2 milyarddan çox hərbi texnikası məhv edilmiş hərbi qənimət kimi götürülmüşdür. İşğaldan azad edilənkəndlərdə, strateji yüksəkliklərdə dalğalananbayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizəşəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsidir.

Biz Azərbaycan Ordusunun yüksək peşəkarlığına Vətənə bağlılığına güvənir, ona arxalanırıq. Otuz ildənçoxdur ki, mənfur düşmən torpaqlarımızın iyirmi faiziniişğal altında saxlayır. Bu illər ərzində dövlətimizmünaqişənin dinc yolla həlli üçün əlindən gələni etsə , işğalçı Ermənistan hər dəfə təxribata əl atdı. Prezidentİlham Əliyev beynəlxalq səviyyəli konfrans tədbirlərdəErmənistanın işğalçılıq siyasətini dünyaya çatdırır, Azərbaycanın haqlı mövqeyini bəyan edərək, ölkəmizin özərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpaetmək hüququnu dönədönə xatırladırdı.

Bu gün isə dünya artıq Ermənistanın işğalçı siyasətinə, Azərbaycanın isə tarixi ədalətin bərpası üçün mübarizə apardığına şahidlik edir. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycandır! Bu, faktdır və xalqımız bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır. Bir aydır ki, Komandan – Ordu birliyi öz sözünü deyir. Çünki bugünkü Vətən müharibəsində, bu haqq mübarizəmizdə bizim əsas gücümüz birliyimizdir. Mənfurdüşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanınqətiyyətirəşadətli Azərbaycan Ordusunun gücü, xalqınvətənə olan sevgisi dayanır.

Bugünkü hərbi uğurlarımız da Ali Baş Komandan tərəfindən hərbi potensialımızın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsinin nəticəsidir. Ordu quruculuğu dahi Heydər Əliyev tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş nizami ordu yaradılmasınadək aparılmışdısa, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbrlə, təmkinlə həyata keçirildi. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoyur, dünyada və regionda yeni dönüş nöqtəsi yaradır, sanki Azərbaycan yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlayır.

Hazırda mənim təmsil etdiyim Goranboy rayonu, Naftalan şəhərinin hər bir sakini ordu üçün, qələbə üçün nəsə etməyə çalışır. Baxmayaraq ki, ordumuzun ərzaq, o cümlədən, dərman təminatında hər hansı bir problem yoxdur, amma sakinlər rayonun müvafiq icra strukturlarına müəyyən sovqat göndərmək istəklərini bildirir, düşmən qarşısında yüksək vətənpərvərlik nümayiş etdirirlər.

Beləliklə, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev BMT-nin 27 il əvvəl qəbul etdiyi qətnamələri bu gün özü yerinə yetirir. Uğurlarımıza görə Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu başda olmaqla hər kəsi təbrik edir, hər birimizin tezliklə işğaldan azad olunan ərazilərimizə geri qayıtmasını arzu edirəm.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı