Home Cəmiyyət Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər...

Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

186
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 51 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib. Aktiv xəstə sayı 8768 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 308 min 48 test aparılıb. Bugünkü test sayı isə 9700-dür.