Home Cəmiyyət FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

353
0
SHARE

Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

– qaz cihazı saz və standartlara uyğun olmalı;

– cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

– havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

– hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

– tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!