Fransa rəsmilərinin İslam peyğəmbəri barədə karikaturaları dəstəkləmələri ilə bağlı Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Florent Aydalot İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İranın rəsmi etirazı ona bildirilib.
Trend-in məlumatına görə, Fransa rəsmisinə çatdırılıb ki, İslam peyğəmbərinə hər hansı hörmətsizlik kəskin şəkildə pislənilir:
“İran Fransada islamofobiyanın güclənməsi və söz azadlığı adı altında nifrətin qızışdırılmasından dərin təəssüflənir”.