Home Cəmiyyət İnsanların yarısı maskanı çənəsində gəzdirir – TƏBİB rəsmisi

İnsanların yarısı maskanı çənəsində gəzdirir – TƏBİB rəsmisi

345
0
SHARE

Mən görürəm ki, insanların yarısı maskanı çənəsində gəzdirir və maskadan guya istifadə edir kimi bir görüntü yaradır. Əgər biz COVİD-19-a yoluxma sayının azaldılmasına nail olmaq istəyiriksə, bu məsələni daha çox qabartmalı və insanları bu sahədə maarifləndirməliyik.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib

A.Qurbanov qeyd edib ki, hazırda maskadan düzgün istifadə ən əsas məsələlərdəndir. Maskadan düzgün istifadə edilmirsə, bu o deməkdir ki, maskadan ümumiyyətlə istifadə edilmir:

“Maskadan düzgün istifadə edilməlidir və o, tənəffüs yollarını bağlamalıdır. Maska çənəni qorumur. Əksər insanlarda isə maska çənədə olur. İnsanlar maskanı elə bil yaraşıq üçün, maska taxmaq xatirinə taxırlar. Bununla da sanki demək istəyilər ki, bu işi gördüm, amma bunu nə üçün etməli oldqularının mahiyyətinə varmırlar”.

A.Qurbanov əlavə edib ki, insanlar kütlənin çox olduğu yerlərdə, xüsusilə, avtobuslarda qoruyucu maskadan istifadə etməlidirlər. Virusun yayılmasının qarşısının alınması üçün əllər sabunla tez-tez, diqqətlə yuyulmalıdır:

“Bu qaydaları artıq hamı bilir, amma biz bunu yenidən, dəfələrlə deyirik ki, insanlar ona əməl etsinlər. Yoluxma sayı artdığı üçün bu məsələlərin son zamanlar ərzində daha çox qabardılması lazımdır”.