Home Dünya xəbərləri İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub

İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub

282
0
SHARE

İranda ötən sutka ərzində 6 968 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan yoluxanların sayı 581 824 nəfərə çatıb. Virus daşıyıcılarından 4 995 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 346 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 33 299 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 463 611 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,78 milyondan çox diaqnoz testi həyata keçirilib.