Rusiyada koronavirusa qarşı ikinci vaksinin istehsalı başlayıb.
Trend-in məlumatına görə, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Nəzarət Xidmətinin rəhbəri Anna Popova deyib.
O bildirib ki, “Vektor” mərkəzinin hazırladığı “EpiVakKorona” preparatının ilin sonunadək müəyyən həcmdə istehsalı gözlənilir.
Qeyd edək ki, “EpiVakKorona” preparatının sınaqları sentyabrın 30-da başa çatıb. Vaksin oktyabrın 14-də qeydiyyata alınıb.
Avqust ayında Rusiyada “Sputnik V” vaksini qeydiyyata alınmışdı.