Home Manşet Hikmt Babaoğlu: Bərdədə dinc sakinləri qadağan olunmuş silahlarla raket atəşinə tutması hərbi...

Hikmt Babaoğlu: Bərdədə dinc sakinləri qadağan olunmuş silahlarla raket atəşinə tutması hərbi cinayətdir.

271
0
SHARE
İşğalçı Erməni ordusunun Bərdədə dinc sakinləri qadağan olunmuş silahlarla raket atəşinə tutması hərbi cinayətdir. Bu eyni zamanda hər nə qədər ermənilər tərəfindən törədilən hərbi cinayətdirsə, bir o qədər də bu cinayətlərə susanların, Ermənistanı qınamayan beynəlxalq təşkilatların da ortaq olduğu cinayətdir. Çünki beynəlxalq təşkilatların, insan hüquq müdafiəçisi olan təşkilatların Gəncədə, Naftalanda, Tərtərdə törədilən hərbi cinayətlərə göz yummaları, susqunluq nümayiş etdirmələri erməni terrorçularını belə cinayətləri təkrara etməyə həvəsləndirir. Düşünürlər ki, bu cinayət qınanmayacaq və cəzasız qalacaq. Ona görə də insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ermənilərin dinc əhalini hədəfə almasına səssiz qalmamalıdırlar. Gəncəyə və Bərdəyə bu cür hücumlar hərbi cinayət olmaqla bərabər həm də dövlət səviyyəsində törədilən terror aktlarıdır. İnsan Hüquqlarının müdafiəsi ilə məşğul olan ayrı-ayrı təşkilatlar çox təəssüf ki, ermənilərin törətdiyi bu cinayətlərə susqunluq nümayiş etdirirlər. Bu susqunluq əslində Ermənistanı dəstəkləmək anlamına gəlir. Düşünürəm ki, heç olmasa bundan sonra müvafiq insan hüquqları institutları, beynəlxalq və humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər bu məsələyə ciddi qınaq nümayiş etdirməklə işğalçı ölkəni bu cür addımlardan çəkindirməlidirlər. Cəzaya gəldikdə isə Azərbaycan ordusu, Azərbaycan əsgəri dinc sakinlərimizə qarşı cinayət törədən terrorçu erməniləri döyüş meydanında layiqincə cəzalandırmağı bacarır. Bərdə şəhərində törədilən cinayətin də qisası artıqlaması ilə alındı və alınacaq. Lakin bu hadisələr bir həqiqəti yenidən ortaya çıxardı ki , özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatlar kimi göstərənlər əslində insan hüuquqlarının müdafiəçisi deyil, sadəcə bu mövzunu əllərində siyasi alətə çevirərək, ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizmi kimi istifadə edən qurumlardır. Buna görə də Azərbaycan öz ordusuna güvənir. Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlər ordumuz tərəfindən mütləq layiqli cavablarını alacaqlar.