Home Manşet Azərbaycan öz ərazisində Vətən müharibəsi aparır və bizi heç kim dayandıra bilməz...

Azərbaycan öz ərazisində Vətən müharibəsi aparır və bizi heç kim dayandıra bilməz – Rus icmasının sədri (FOTO)

299
0
SHARE

Bütün Azərbaycan ordusunun arxasında dayanıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan rus icmasının sədri Mixail Zabelin deyib.

O bildirib ki, bu gün cəbhədə döyüşməkdə davam edən əsgərlərə humanitar yardımın ilk partiyası toplanılıb:

“Bu gün bizim icmamız Azərbaycan xalqına müraciət edərək deyir ki, milliyyətindən və dinindən asılı olmayaraq, bütün xalqımız Prezidentimiz ətrafında sıx birləşib. Ermənistan döyüş meydanında Azərbaycanı uda bilməz.

Mən Azərbaycan xalqına cəsarəti və rəşadətinə görə təşəkkürümü bildirmək istəyirəm, eləcə də öz yaxınlarını itirmiş şəxslərə başsağlığı ifadə edirəm.

Erməni tərəfinin törətdiyi barbar cinayətləri faşistlərin əməlləri ilə müqayisə etmək olar.

Prezidentimizin dediyi kimi – “Qarabağ Azərbaycandır!” Azərbaycan öz ərazisində Vətən müharibəsi aparır və bizi heç kim dayandıra bilməz. Ona görə də şanlı ordumuza döyüş meydanında uğurlar arzu edirik”.