Home Cəmiyyət Bu platformalar VPN-siz işləməlidir – Nazir

Bu platformalar VPN-siz işləməlidir – Nazir

330
0
SHARE

Son iki həftədə onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, “teams”, “zoom” platformalarının daha işlək olması üçün aidiyyəti qurumlarla iş aparılır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 10 gün ərzində vəziyyət təhlil edilib və bütün məktəblərdə onlayn dərslərin keçirilməsi barədə qərar verilib: “Təbii ki, bu qərarın icrasında müəyyən çətinliklər olacaq. Qarşıdakı bir neçə həftədə dərslər onlayn olacaq. Onlayn təhsil hazırda daha məqbul hesab edilir.

 

Nazir bildirib ki, təqdim olunan “zoom”, “teams” proqramları VPN-lə işləsə, müəyyən problemlər yarana bilər. Ona görə də bu platformalar VPN-siz işləməlidir.