Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A.Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu daha 9 kəndi işğaldan azad edib: “Hazırda cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Qələbə bizimlədir!”.