Home Dünya xəbərləri İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib

İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib

296
0
SHARE

İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib.

Trend-in məlumatına görə, aparılan təhlillər onu göstərir ki, koronavirusun yeni ştammı son 4 ay ərzində geniş yayılıb.

Bu mutasiyanın ilk nümunələri iyul ayına aid olub.

Qeyd olunur ki, hazırda İspaniyada yayılan COVID-in 90 faizi məhz yeni ştamma aiddir.

Bundan başqa, həmin növ Böyük Britaniya, İrlandiya, Almaniya, İtaliya, Honq Konq, Yeni Zelandiya və Avstraliyada qeydə alınıb.