Home Cəmiyyət Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək (FOTO)

Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək (FOTO)

301
0
SHARE

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi Ji Youn Woo ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə səfirlik tərəfindən məcburi köçkün ailələrinə ediləcək humanitar yardım məsələləri müzakirə edilib.

Fuad Hüseynov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib. Daha sonra qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlarına başlamasına cavab olaraq müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələrin Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutması nəticəsində, mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölən və yaralananlar var. Məcburi köçkünlərin Tərtər, Ağdam, Füzuli, Goranboy rayonlarında müvəqqəti məskunlaşdığı 350-dən çox mənzil qismən, yaxud tamamilə dağıdılıb. 15 minə yaxın insan ikinci dəfə məcburi köçkün düşmək təhlükəsi ilə üz-üzə qalıb.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi Ji Youn Woo Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində mülki şəxslərin həlak olmasından təəssüfləndiyini bildirib. Qeyd olunub ki, səfirlik məcburi köçkün ailələrinin münaqişə vəziyyətində olmasını və koronovirusa yoluxanların sayının kəskin artmasını nəzərə alaraq məcburi köçkünlərə yardım ediləcək. Yardım ədyal və tibbi vasitələrdən ibarət olacaq.