Home Manşet Arzu Nağıyev: Gürcüstanda parlament seçkilərində seçici fəallığı müşahidə olunur

Arzu Nağıyev: Gürcüstanda parlament seçkilərində seçici fəallığı müşahidə olunur

332
0
SHARE

Gürcüstanda parlament seçkiləri sakit və dinc şəraitdə keçirilir. Səsvermədə seçici fəallığı müşahidə olunur.

tan.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə edən Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev söyləyib.

Paytaxt Tbilisidə bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiyini vurğulayan deputat bildirib ki, hər hansı bir ciddi qanun pozuntusu və ya qarşıdurma müşahidə etməyib.

Arzu Nağıyev deyib ki, pandemiya şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Seçki məntəqələrində koronavirus infeksiyasının yayılmaması üçün xüsusi qaydalara ciddi şəkildə əməl olunur.

Onun sözlərinə görə, deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlılarının da yer alması böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Mərkəzi Seçki Komissiyasının üzvləri beynəlxalq müşahidə missiyalarının tərkibində Gürcüstanda keçirilən parlament seçkilərinin gedişini izləyirlər.