Home Manşet Azər Badamov: “…Bu o deməkdir ki, dünya bir tərəfə polyarlaşır…”

Azər Badamov: “…Bu o deməkdir ki, dünya bir tərəfə polyarlaşır…”

367
0
SHARE
Fransa Avropa mədəniyyətinin mərkəzi hesab olunsa da orda dövlət rəhbərliyi səviyyəsində antisemmitizm və diskriminasiya siyasəti günü-günüdən artmaqdadır. Bu siyasət  son vaxtlar müsəlman mənşəli insanlara yanaşmasında, islam dini inanc yerlərinin təhqir olunmasında və peygəmbərin karikaturalarının dövlət ofislərində nümayiş etdirilməsində daha da qabarıq şəkil almışdır. Ən qorxulusu da odur ki, belə münasibət dövlət başçısı Makron və Birinci xanımı  tərəfindən daha da alışdırılır. Bu o deməkdir ki, dünya bir tərəfə polyarlaşır və bu da dünyada yaşayan 1.5 milyarddan çox müsəlmanın dini mənsubiyyətliliyinin təhqiri kimi qəbul olunur.  Artıq dünyanın müsəlman ölkələri Fransa istehsalı olan mallardan imtina etməyə başlayıb və  2020-ci il oktyabrın 16-da Parisdə küçənin ortasında dərsdə Məhəmməd Peyğəmbərin karikaturalarını göstərən müəllim Samuel Patinin başını kəsib.  Fransızların müsəlmanlara  aşağılayıcı münasibət sərgilənməsinə dözə bilməyən bir gənc dünən 29 oktyabrda Nitsa şəhərində kilsədə bir neçə nəfəri  öldürmüş və yaralamışdır.  Fransanın islam dininə  belə münasibəti qəbul olunmazdır.  Fransızlar öyrəşiblər ki, tarix boyu müsəlmanların yaşadıqları yerləri müstəmləkə altında saxlayaraq talan etsin . Ona görə də bu gün müsəlman ölkələrin inkişafı, müasirləşməsi  və güclənməsi ilə heç cürə razılaşa bilmirlər.  Makronun Azərbaycana qarşı münasibəti də eyniylə islam dininə olan münasibəti kimidir.. Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmamasının əsasında da ölkəmizin müsəlman mənşəli olmağımız dayanır. Əgər biz xristian , ermənilər müsəlman olsaydılar münaqişə 28 il bundan əvvəl öz həllini tapmışdı. Dünya ədalətsizdir və ölkələr arasında dini mənsubiyyətinə görə fərq qoyulması yeni müharibələrin alovlanmasına gətirib çıxardır. Biz hər şeyi görürük, ona görə də bu illər ərzində ordumuzu müasirləşdirmişik və qələbə çalana qədər öz haqq işimizi görürük. Bu gün dünya güclülərindir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ölkələrimizi  dünyanın güc mərkəzinə çevirir və zaman gələcəkdir ki, müsəlmanlara ikinci dərəcəli insanlar kimi baxanların baxışlarını biz dəyişəcəyik.