Home Dünya xəbərləri Ermənistandan pomidor idxalı dayandırıla bilər – Rusiya xəbərdarlıq etdi

Ermənistandan pomidor idxalı dayandırıla bilər – Rusiya xəbərdarlıq etdi

247
0
SHARE

Ermənistandan Rusiyaya idxal edilən pomidorlarda Pepino mozaika virusu aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bildirib.

Bununla əlaqədar olaraq, qurum Ermənistana pomidor idxalını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

Virus aşkar edildikdən sonra Rusiyada istixana və açıq sahələrdə yetişdiriən pomidorlarda aparılan yoxlamalar hər hansı virusun olmadığı göstərir. Bu, həmin xəstəliyin Ermənistandan idxal olunan pomidorlarda olduğunu deməyə əsas verir.

Qeyd olunur ki, təkrar yoxlama zamanı virus yenidən aşkar olunarsa, idxal dayandırıla bilər.