Home Manşet Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir –...

Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir – Leyla Abdullayeva

355
0
SHARE

Ermənistanın mülki əhaliyə qarşı hücumları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu günədək bütün beynəlxalq müstəvidə bəyan edib ki, ölkəmizin əraziləri işğal edilib və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir.

XİN rəsmisi qeyd edib ki, indiyədək Ermənistan tərəfindən 3 humanitar atəşkəs kobudcasına pozulub: “Dünən Cenevrə danışıqlarında yeni bir humanitar atəşkəsin edilməsinə çağırış olunub, amma görünən odur ki, Ermənistan buna əməl etmir”.