Home Dünya xəbərləri Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstanda parlament seçkiləri keçirilir

326
0
SHARE

Gürcüstanda parlament seçkiləri keçirilir.

Trend-in məlumatına görə, seçkilərdə 48 partiya və 2 blok iştirak edir. Ümumilikdə 150 yer uğrunda 500 namizəd mübarizə aparır.

Gürcüstanda qeydə alınmış 3,5 milyondan çox seçici 120 deputatı proporsional sistemlə, 30 deputatı majoritar sistemlə seçəcək.

40 faizdən çox səs toplamış partiya və ya siyasi blok yeni hökumət formalaşdırmaq hüququnu qazanacaq.

Mütəxəssislər hesab edir ki, əsas mübarizə hakim “Gürcü arzusu” partiyası ilə “Vahid milli hərəkat” partiyaları arasında gedəcək.