Home Manşet Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları...

Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz

396
0
SHARE

Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz.

Trend-in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Jurnalist və Prezident İlham Əliyev arasındakı dialoq:

Hazırda gəldiyim ölkə – Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.

– Siz əsgərlərlə danışmısınız?

– Bəli.

– Döyüş meydanında?

– Xeyr, döyüş meydanında yox.

– Bəs harada?

– Bakı şəhərində.

– Onlar burada, Bakıda döyüşürlər?

– Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

– İndi burada alman əsgərləri də ola bilər.

– Siz birgə hərbi təlimlər keçirirsiniz…

– Bəli, bəli, keçiririk.

– Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz?

– Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz.